...

İspaniya müvəqqəti olaraq Şengen vizalarının fəaliyyətini dayandıracaq

Dünya xəbərləri Materials 17 Yanvar 2007 17:48 (UTC +04:00)

İspaniya Şengen vizalarının fəaliyyətini İspaniyanın Sevilya şəhərində fevralın 8-9-da NATO-nun 26 ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü dövründə dayandırılması barədə elan verib.

Tədbir təhlükəsizliyi nəzərə alaraq keçirilir. Bu barədə RİA Novostiyə Alyansın mətbuat xidmətindən xəbər veriblər.

Şengen vizalarının fəaliyyəti müvəqqəti olaraq, həmçinin Rusiya və MDB-nin başqa ölkələri də daxil olmaqla 120-dən artıq ölkə üçün ləğv olunur. Bu ölkələrin vətəndaşları NATO-nun müdafiə nazirlərinin qeyri-rəsmi görüşü dövründə İspaniyaya getmək üçün ispan vizalarını qeydiyyatdan keçirmək lazım gələcək. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti