...

Q. Dinkin qatilinin milliyəti barədə məlumat verilmir

Dünya xəbərləri Materials 22 Yanvar 2007 19:04 (UTC +04:00)

"Aqos" qəzetinin redaktoru Qrant Dinkin qatili, Samsun şəhərinin sakini Oqün Samastın istintaqı davam edir. İstanbul polisi nümayəndəsinin sözlərinə görə, onun hər hansı bir syasi qrupa və ya təşkilata mənsubluğu barədə məlumat aşkar olunmayıb.

Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi xəbərə görə, cinayətdə təqsirli olduğunu boynuna alaraq, O. Samast bəyan edib ki, qətlə görə peşman deyil, bu qətli o, "İnternetdə çap olunan, Q. Dinkin əleyhinə məqalənin təsiri ilə törədib". Şahid qismində O. Samastın valideynləri- atası Əhməd və anası Həvva və bacısı dindirilib. Məlumat verilir ki, iş üzrə bir neçə adam saxlanılıb.

Bəzi yerli icmalçılar qeyd edir ki, polis qatilin milli mənsubiyyəti barədə heç nə demir. Göstərilir ki, Samsun şəhərində bir çox millətlərin nümayəndələri yaşayır, həmçinin onların arasında türk familiyalı etnik ermənilər də var. Hökümət qərar qəbul edib ki, Q. Dinkin dəfnində Türkiyənin xarici işlər naziri Abdullah Gül iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti