...

Gürcüstan prezidenti ilkin şərtlər irəli sürməmək şərtilə Baqapşla görüşə hazırdır

Dünya xəbərləri Materials 31 Yanvar 2007 16:09 (UTC +04:00)

Gürcüstan prezidenti ilkin şərtlər irəli sürülməzsə, abxaz lideri ilə görüşməyə hazırdır. Bu barədə jurnalistlərə bu gün Gürcüstan XİN rəhbəri Qela Bejuaşvili bildirib.

Trend in Tbilisidəki müxbiri xəbər verir ki, tanınmamış Abxaziya respublikasının prezidenti regionda asayişin qorunması üçün gətirilmiş gürcü polis qüvvələrinin Kodor dərəsindən çıxarılması şərtilə Gürcüstan prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.

O, həmçinin atəş rejiminin bərpa edilməməsi barədə razılşma imzalanmasını tələb edir. Bejuaşvili bildirib: "Abxaz tərəfi ilə birbaşa dialoq bizə gərəkdir və Mixail Saakaşvili bu barədə dəfələrlə bəyan edib. Bu danışıqlar işgüzar xarakter daşımalı və nəticə əldə olunmasına yönəlməlidir". XİN rəhbəri vurğulayıb: "Söhbət xatirinə danışıqlar Gürcüstana gərək deyil".

Xəbər lenti

Xəbər lenti