...

"Rustavi 2" teleşirkəti Abxaziyada "quş qripi"Nin yayılması faktı ilə bağlı məlumat yayıb

Dünya xəbərləri Materials 1 Fevral 2007 10:34 (UTC +04:00)

Abxaziyanın Qudaut rayonunda "quş qripi" faktı qeydə alınıb. Bu barədə quş cəsədi nümayiş etdirən "Rustavi 2" Gürcüstan teleşirkəti bildirib.

Trend Tbilisiyə istinadən bildirir ki, teleşirkətin verdiyi məlumata görə, Abxaz hökuməti "quş qripi"nin yayılmasını gizlədir, ola bilsin ki, epidemiya Abxaziyaya qonşu Krasnodar vilayətində də yayılıb.

Gürcüstan baytarlıq idarələri isə bildirir ki, Abxaziyada "quş qripi" yayılması ilə bağlı onlarda heç bir informasiya yoxdur. Depatament rəhbəri Cambul Maqlakelidze bildirib ki, Gürcüstanda "quş qripi" ilə bağıl bir dənə də fakt qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti