...

Amerika astronavtları 2007-ci ildə açıq kosmosa ilk çıxış edib

Dünya xəbərləri Materials 1 Fevral 2007 16:28 (UTC +04:00)

Amerika astronavtları Beynəlxalq Kosmik Stansiyasının (BKS) göyərtəsinə qayıdıb.Bu il stansiya heyətinin açıq kosmoka ilk çıxışıdır. Maykl Lopez-Aleqria və Sunnita Uilyams BKS-nın sərhədindən kənarda altı saat vaxt keçirib.

Astronavtlar stansiya modullarından birinin soyutma sistemini müvəqqəti rejimdən həmişəlik rejimə keçirib. Bundan başqa köhnə günəş batareyalarının radiatorlarını açaraq onları stansiyanın səthində bərkitmiş, sonra qida elementlərini qızmasının qarşısını almıq üçün xüsusi termomüdafiə ortüyü ilə örtmüşlər. "RBK"-yə əsasən Trend məlumat verir ki, stansiyada amerikanlıları rusiyalı Mixail Tyurin sığortalayıb.

Yaxın 9 gün ərzində astronavtlar stansiya sərhədində hələ iki dəfə də iş görəcək. Sunnit Uilyams açıq kosmosda ümumi hesabla 4 dəfə olacaq. Birinci kanalın məlumatına əsasən bunu hələ ki, heç bir qadın astronavt etməyib.

Rusiyalı kosmonavt Mixail Tyurin və amerikalı astronavt Maykl Lopeza-Aleqrianın olduğu heyətin BKS-yə 14-cü ekspediyası stansiyaya Baykanurdan start götürmüş "Soyuz TMA-9" gəmisində 2006-cı ilin setyabrın 20-də stansiyaya çatıb. Bu heyətin uçuş müddəti 187 sutka təşkil edəcək, o, orbitdə beş istiqamətdə bir sıra eksperimentlər aparacaq: kosmik texnologiya və materialşünaslıq, geofiziki tədqiqatlar, tibbi-bioloji problemlər, Yerin təbii resurslarının tədqiqatı və ekoloji monitorinq, kosmik biotexnologiya.

MKS-14 heyəti ilə birgə stansiyada NASA-nın astronavtı Discovery şatlında 2006-cı il dekabrın 12-də MKS-12 -yə gəlmsiş Sunnita Uilyams işləyir.

Xəbər lenti

Xəbər lenti