...

BMT nümayəndəsi Kosovonun statusu haqqında planı elan edib

Dünya xəbərləri Materials 2 Fevral 2007 17:02 (UTC +04:00)

BMT nümayəndəsi Marti Axtisaari bu gün Kosovonun gələcək statusu ilə bağlı planı elan edib.

Sənəd Serbiya və Kosovo albanlarının nümayəndələrinə təqdim olunacaq. Diplomatik mənbələrə əsasən, planda "müstəqillik" sözünə rast gəlinmir.

Əvvəllər Kosovonun alban çoxluğu Belqradın ölkəyə geniş muxtariyyət verilməsi ilə bağlı təklifini rədd edib. Trend məlumat verir ki, Kosovo albanları Serbiyadan tam müstəqillik tələb edir. 1999-cu ildən Kosovo BMT-nin müvəqqəti adminstrasiyasının nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti