...

Türkiyə XİN rəhbəri – " Erməni soyqırımı " nın tanınması Türkiyə - Amerika münasibətlərinə ziyan vuracaq

Dünya xəbərləri Materials 23 Fevral 2007 11:41 (UTC +04:00)

Türkiyə, Ankara /müx. Trend A.Ələsgərov/. Bu barədə ABŞ Konqresi demokrat partiyasının 6 deputatı ilə görüşdə Türkiyənin xarici işlər naziri Abdulla Gül bildirib. Trend in Ankara müxbiri xəbər verir ki, nazir bildirib ki, uydurma "erməni soyqırımı"nın tanınması barədə qanun layihəsinin qəbul edilməsi Türkiyə-Amerika münasibətlərinə ziyan vuracaq.

Türkiyə XİN rəhbəri A.Gül İraqda PKK kürd təşkilatının fəaliyyəti, eləcə də İraqın şimalında yerləşən, əsasən türkmənlər məskunlaşmış Kərkük şəhəri ətrafındakı vəziyyətlə bağlı narahatlığını da bildirib.

Xəbər lenti

Xəbər lenti