...

Gürcüstanda Rusiyanın "Rodonit" gəmisi azad edilib

Dünya xəbərləri Materials 29 Mart 2007 16:44 (UTC +04:00)

Gürcüstan sərhəd polisindən verilən məlumata görə, Gürcüstanda Rusiyanın quru mal daşıyan "Rodonit" gəmisi azad edilib. Cərimə kimi gəmi sahibi Gürcüstan büdcəsinin hesabına 50 min lari (təxminən 29,6 min dollar) ödəyib.

Qeyd edək ki, Rusiya bayrağı altında üzən "Rodonit" gəmisi Gürcüstan sərhədçiləri tərəfindən 21 mart 2007-ci ildə Batumi rayonunda tutulub. Gürcüstan səhil xətti Xidmətinin məlumatına görə, gəmi quru mal daşıma qanunlarını pozub və qapalı əraziyə daxil olub. RBK .-ın məlumatına görə, "Rodonit" Türkiyədən üzürmüş və Batumidən Rusiyaya yük götürməliymiş.

Xəbər lenti

Xəbər lenti