...

RF XİN ABŞ-la birgə RƏMS yaradılmasına hazırlıqla bağlı məlumatı təkzib edib

Dünya xəbərləri Materials 31 Mart 2007 11:56 (UTC +04:00)

Rusiya XİN ölkəsinin ABŞ-la birgə raket əleyhinə müdafiə sisteminin (RƏMS) yaradılması və onun komponentlərinin öz ərazisində yerləşdirilməsi ilə bağlı məlumatı həqiqətə uyğun olmayan adlanıdırıb.

Şənbə günü səhər nazirliyin nümayəndəsi Mixail Kamıninin bəyan etdiyi kimi, bu informasiya "RƏMS problematikası üzrə Rusiyanın mövqeyini tamamilə əks etdirmir".

Xatırladaq ki, cümə günü axşam agentliklər Rusiya XİN-in adı çəkilməyən nümayəndəsinə istianədən məlumat verib ki, Vaşinqtonun sistemin Rusiyanın sərhədlərinə yaxın yerləşdirilməsi planlarından imtina edəcəyi təqdirdə Moskva Amerika RƏMS elementlərini yerləşdirməyə razı olacaq. Bu barədə Lenta məlumat verib.

Mənbənin məlumatına əsasən, Rusiya və ABŞ arasında Corc Buş və Vladimir Putinin martın 28-dəki telefon danışığından sonra RƏMS-in birgə yaradılması imkanı ilə bağlı qeyri-formal danışıqlar aparılır. Aprelin 19-da Brüsselldə danışıqlar rəsmi səviyyədə davam etdirilməlidir. Bu barədə France Presse agentliyi bildirib.

Xəbər lenti

Xəbər lenti