...

Ukrayna Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə ərizə yazıb

Dünya xəbərləri Materials 21 May 2007 16:21 (UTC +04:00)

Ukrayna,Kiyev /müxbir Trend Z.Novosvitski/Konstitusiya Məhkəməsinin hakimi Dmitri Lilak Ukrayna prezidenti Viktor Yuşşenkonun adına tutduğu vəzifədən azad edilməsi barədə xahişlə ərizə yazıb.

Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu barədə bu gün prezident katibliyinin rəhbəri Viktor Baloqa məlumat verib.

"Cənab Lilak prezidentə xahiş məktubu yazıb və məktubda bildirilir ki, o, artıq KM-in hakimi vəzifəsini yerinə yetirmək arzusunda deyil. Bu, dövlətin ümumilikdə məhkəmə sistemi üçün həyəcanlı siqnal olan olduqca ciddi addımdır", V.Baloqa hesab edir.

O zənn edir ki, D.Lilakın vəzifədən getməsi qərarına Konstitusiya Məhkəməsi ətrafında baş verən son hadisələr səbəb olub. "Göstərici odur ki, hakim vəzifədən azad edilməsi barədə ərizəni prezident tərəfindən vəzifədən azad edilmiş, lakin özünü KM-in rəhbəri adlandıran Valeri Pşeniçnının adına deyil, dövlət başçısının adına yazıb. Görünür ki, cənab Lilak KM-in rəhbərliyini qanuni hesab etmir və buna görə də prezidentə müraciət edib", deyə V.Baloqa qeyd edib.

D.Lilak 2005-ci ilin noyabrında Prezidentin kvotası üzrə Ukraynanın Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xəbər lenti

Xəbər lenti