...

BMT baş katibi gəncliyin inkişafı və müdafiəsi naminə vəsaitlərə qənaət etməməyə çağırıb

Dünya xəbərləri Materials 9 Avqust 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. " S.Ağayeva/ "Gəncliyin tələbatının geniş tanınmasına rəğmən dünyanın bir çox regionlarında gənc insanlar yenə də əhalinin marginallaşmış qrupu olaraq qalır, onların maraqları nəzərə alınmır. Nəticədə yaşlı nəsillə müqayisədə gənc nəslin işsiz qalmaq ehtimalı üç dəfə artıqdır. Mövcud problemdə gəncləri günahkar görmək lazım deyil, əksinə, gəncliyin potensialından istifadə etmək lazımdır". Bu sözlər BMT baş katibi Pan Qi Munun Beynəlxalq Gənclər Günü ilə bağlı müraciətində yer alıb.

BMT-nin Bakı ofisi tərəfində yayılan müraciətdə gənclik kimi resursun inkişafı və müdafiəsi üçün vəsaitlərə qənaət edilməməsinin və gənc adamların cəmiyyətin həyatında iştirakını təmin edilməsinin vacibliyi vurğulanıb.

BMT-nin Bakı nümayəndəliyindən bildiriblər ki, bu il Beynəlxalq Gənclər Günü Azərbaycanda ilk dəfə qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti