...

İsrailli veteranlar faşistlərlə əməkdaşlıq etmiş erməni millətçinin abidəsinin açılışını pisləyirlər

Siyasət Materials 21 İyun 2016 17:17 (UTC +04:00)
İsraildəki II Dünya müharibəsi veteranları Yerevanda Qaregin Njdenin abidəsinin açılışını pisləyirlər.
İsrailli veteranlar faşistlərlə əməkdaşlıq etmiş erməni millətçinin abidəsinin açılışını pisləyirlər

Bakı. Trend:

İsraildəki II Dünya müharibəsi veteranları Yerevanda Qaregin Njdenin abidəsinin açılışını pisləyirlər.

Trend-in məlumatına görə, bu barədə "Moskovski komsomolets İsrail" nəşrində dərc edilən məqalədə deyilir.

Məqalədə qeyd edilir ki, Q.Njdenin Böyük Vətən müharibəsində nasistlərlə əməkdaşlıq etməsi sirr deyil: "O, bəyan edirdi ki, Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür. Faşist Almaniyası məhv edildikdən sonra o, hərbi cinayətkar kimi 25 il azadlıqdan məhrum edildi və həbsxanada öldü".

Nəşr yazır ki, İsraildəki II Dünya müharibəsi veteranları Ermənistanda faşist Almaniyası ilə əməkdaşlıq etmiş insanın şərəfinə abidə qoyulmasını anlamırlar: "O, erməni milli ideyası uğrunda mübarizə apara bilərdi, lakin yəhudiləri tam qırmağı qarşısına məqsəd qoymuş hitlerçilərə necə kömək etmək olardı?"

Ümumisrail II Dünya müharibəsi Veteranları Birliyinin rəhbəri Avraam Qrinzayd hesab edir ki, istənilən halda nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir: "Biz Qələbənin 70 illiyində keçmiş SSRİ-nin bəzi ölkələrindən xatirə medalları almaqdan imtina etdik, çünki həmin medallarla həm nasistlərə qarşı vuruşanlar, həm də faşistlərin tərəfində vuruşanlar təltif edilirdi. Bu problem heç bir müzakirə tələb etmir, yalnız qınama və kədər tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti