...

Azərbaycan və NATO əməkdaşlığı gücləndirir

Siyasət Materials 20 May 2017 15:38 (UTC +04:00)
NATO nümayəndələrinin Azərbaycana son səfərləri tərəflər arasında tərəfdaşlıq proqramının reallaşdırılması kursunu nəzərdən keçirməyə imkan verib.
Azərbaycan və NATO əməkdaşlığı gücləndirir

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO nümayəndələrinin Azərbaycana son səfərləri tərəflər arasında tərəfdaşlıq proqramının reallaşdırılması kursunu nəzərdən keçirməyə imkan verib.

Bunu Trend-ə NATO-nun Brüsseldəki ofisindən təşkilatın baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem və müdafiə siyasəti və planlaşdırma üzrə müavini Conatan Perişin Bakıya son səfərlərini şərh edərkən bildiriblər.

Alyansın ofisindən bildirilib ki, səfərlər çərçivəsində tərəfdaşlıq proqramı ilə bağlı tərəflər fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti