Bakı. Trend:
Azərbaycan 2017-ci ildə müdafiə xərclərini təqribən 7 faiz artıracaq.
Bu barədə Trend Maliyyə Nazirliyinin yaydığı Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına əsasən məlumat verir.
Müharibə şəraiti yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci il dövlət büdcəsi xərcələrinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 187 milyon manat və ya 6,9 faiz çoxdur.