...

Binəqədidə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2017 18:38 (UTC +04:00)

Bakı. Trend:

Bu gün YAP Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev, Aparatın şöbə müdiri Elman Dadaşov, YYÇİHM üzrə Komissiyanın məsul katibi Aynur Abbasova, AMEA-nın professoru Rəna Mirzəzadə, “Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda” İB-nin rəhbəri Lyudmila Xəlilova, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvləri, Rayon bələdiyyə sədrləri, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, din xadimi Rüfət Qarayev, Rayon Qeydiyyat şöbəsinin müdiri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, ictimai birliklərin nümayəndələri, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ailə dəyərlərini özündə ehtiva edən foto-sərgi ilə tanış olublar. Daha sonra tədbir açıq elan edilib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimat ilə çıxış edib. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verib və bildirib ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir.

Sonra çıxış edən natiqlər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev, AMEA-nın professoru Rəna Mirzəzadə, “Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda” İB-nin rəhbəri Lyudmila Xəlilova bildiriblər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir. Natiqlər qeyd ediblər ki, dahi öndərimiz yaxşı bilirdi ki, cəmiyyətin və dövlətin güclənməsi ailə siyasətinin düzgün həyata keçirilməsi, öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması ilə sıx bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də respublikaya rəhbərliyə başladığı ilk gündən ailə institutunun möhkəmlənməsini diqqət mərkəzində saxlayıb. Bu siyasətin daha da gücləndirirlməsi və uğurla həyata keçirilməsi məqsədilə bir sıra layihələr uğurla gerçəkləşdirilib.

Sonra məruzələr ətrafında din xadimi, Heydər məscidinin axundu Rüfət Qarayev, fəal gənc Sona Quliyeva, Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Aslan Mehdiyev “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.

Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Aslan Mehdiyev çıxışını bitirdikdən sonra həyat yoldaşı ilə birlikdə tədbirdə iştirak edən gənc ailəyə (YAP üzvü gənc ailə - Şaiq Qəhrəmanov və İradə Haqverdiyeva) tövsiyyələrini bildirərək və onlara simvolik hədiyyələr təqdim ediblər.

Tədbir yekunlaşdıqdan sonra qonaqlar Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbə Bələdiyyəsinin “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırladığı təlimə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti