Bakı. Trend:
“ASAN könüllüləri”nin növbəti 8-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 8-ci qrupunun üzvləri ilə görüş keçirilib.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul edib və natiq görüş zamanı bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu olduqca böyükdür və siz gənclərin bu işə könüllü qoşulmasını isə olduqca əhəmiyyətlidir. Natiq onu da qeyd edib ki, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici haldır və onlara bu işdə uğurlar diləyib.
Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.