...

Binəqədi RİH başçısı: Məmurların vətəndaşların problemlərinin həllində fəal olması ən zəruri vəzifədir (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2017 10:45 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 20-də Binəqədi rayonunda 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, bu ilin ilk üç ayı ərzində rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.

Hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti Biləcəri Stansiyasının rəisi Məmmədov Elçin, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədov rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə ediblər. Sonra Şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb. Natiq bildirib ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən, Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

İclasın sonunda rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fərqlənən bir qrup şəxslər təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti