...

Binəqədidə 9 May - Qələbə günü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2017 12:20 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, çay süfrəsi ətrafında təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Böyük Vətən Müharibəsi Veteranları (BVM) İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

Tədbirdə Böyük Vətən Müharibəsi Veteranları qarşısında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İ.Süleymanov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. Natiq eyni zamanda qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilib və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.

Daha sonra çıxış edənlər Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi N.Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri A.Rəfiyev, İctimai Şuranın sədri A.Mehdiyev, YAP Binəqədi rayon təşkilatının sədri, Aparatın şöbə müdiri R.Göyüşov son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda tədbirdə iştirak edən Binəqədi rayonu ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğının onlara mənəvi dayaq olduğunu vurğulayaraq, dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti