...

BOKS ÜZRƏ AZƏRBAYCAN YIĞMASI KOREYALILAR ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANIB

Cəmiyyət Materials 13 İyul 2005 11:39 (UTC +04:00)

Moskvada keçirilən boks üzrə dünya kubokunun birinci günündə idmançılarımız koreyalıları 7:4 hesabı ilə məğlub ediblər. Azərbaycanın Boks Federasiyanın prezidenti Ağacan Əbiyevin telefonla Trend agentliyinə verdiyi məlumata görə, boksçularımız arasında Şahin İsmayılov (57 kq), Ramal Amanov (60 kq), Emin Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Cavid Tağıyev (75 kq), Vüqar Ələkbərov (91) kq və Məhəmməd Adamov (91 kq-dan artıq) qələbə qazanıblar.

Yarımfinal uğrunda növbəti görüşdə boksçularımız iyulun 14-də güclü Ukrayna komandası ilə qarşılaşacaqlar.

Xatırladaq ki, yalnız yarımqrupun qalibi yarışların yarımfinalına çıxır.

Xəbər lenti

Xəbər lenti