...

Maliyyə naziri: BVF Azərbaycana daha ucuz kreditlər verə bilərdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 01:22 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycana mövcud faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi.
Maliyyə naziri: BVF Azərbaycana daha ucuz kreditlər verə bilərdi

Bakı. Trend:

“Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi”.

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov “Financial Times” nəşrinə müsahibəsində deyib.

Nazir bir müddət əvvəl Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 milyard dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Olduqca kiçik həcmdə xarici borcu və 34 milyard dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan deyil, daha ucuz maliyyə vəsaitinin cəlb edilməsinə yardım etməkdən gedir".

S.,ərifov əlavə edib ki, hazırda Fond bu məsələlərin həlli üçün 4 məhsul üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti