...

Fransalı senatorlar bu gün "erməni soyqırımı" haqqında qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət edəcəklər

Siyasət Materials 31 Yanvar 2012 14:36 (UTC +04:00)
Fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayıblar. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Fransalı senatorlar bu gün "erməni soyqırımı" haqqında qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət edəcəklər

Azərbaycan, Bakı, 31 yanvar/Trend müxbir A. Tağıyeva/

Fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayıblar. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Senatorlar lazım olan 60 imza əvəzinə 70 imza toplayıblar, bununla da onlar bu gün Konstitusiya Şurasına müraciət edəcəklər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti