...

Yaxın iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 19 Dekabr 2012 13:19 (UTC +04:00)
Yaxın 2 gündə Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Yaxın iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Temperatur dekabrın 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 20-də gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti