...

Azərbaycanda orta məktəb məzunlarının sayı azalıb

Cəmiyyət Materials 30 Yanvar 2013 11:38 (UTC +04:00)
Son səkkiz ildə orta məktəb məzunlarının sayı 27,46 faiz azalıb. Bu isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir.
Azərbaycanda orta məktəb məzunlarının sayı azalıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son səkkiz ildə orta məktəb məzunlarının sayı 27,46 faiz azalıb. Bu isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında 96 471 abituriyent iştirak edib. Onların 41,7 faizi 0-100 bal, 22,95 faizi 100-200 bal, 15,06 faizi 200-300 bal, 15,50 faizi 300-500 bal, 4,79 faizi iə 500-700 bal toplayıb. Bu tədris ili keçiriln qəbul imtaahanlarınd 5 nəfər isə maksimal nəticə - 700 bal toplayıb.

Abituriyentlərdən 1226 nəfəri 600-baldan yuxarı nəticə göstərib. Yüksək ballar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər.

Abbaszadə deyb ki, ötən illə müqayisədə bu tədris ili üzrə dövlət ali təhsil müəssisələrinin qəbul planı 8.81% (2325 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 7.03% (354 yer) artıb. Ümumilikdə, qəbul planı 2679 yer (8.53%) artıb. Ali təhsil müəssisələrinə bu tədris ili üçün 34098 plan yeri ayrılıb. 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 34098 yer ayrılmışdı.

Bunlardan 90 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər, 14365 yer Azərbaycan, 345 yer rus bölməsi üçün ayrılmış, 19298 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planının 28709 yeri dövlət, 5389 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb.

Abbaszadə deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 6,39% azalıb.

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ötən illə müqayisədə sənəd verənlərin sayı 6863 nəfər azalıb. Abituriyentlərin 49.76%-ni (50072 nəfər) oğlanlar, 50.24%-ni (50549 nəfər) isə qızlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti