...

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər seçilib (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2013 17:48 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.
Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər seçilib (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, yığıncaqda bildirilib ki, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək. Yığıncaqda iştirak etmək üçün gənclər təşkilatlarından 121 nümayəndənin müraciət ərizəsi, Müşahidə Şurasının üzvlüyünə namizədliyə isə 18 nəfərin ərizəsi qeydə alınıb. Əvvəlcə açıq səsvermə ilə yığıncağın katibi, hesablama komissiyasının üzvləri seçiliblər. Sonra Müşahidə Şurasının üzvlüyünə ərizəsi qeydə alınmış namizədlərin çıxışları dinlənilib.

Səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər seçiliblər. Seçkidə 8 namizəd - Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumu), Seymur Orucov (Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi), Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Tural Hümbətov (Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi), Şahin Seyidzadə (Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası), Nurəddin Mehdiyev (Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi), Zaur Seyidzadə (Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım İctimai Birliyi), Nərgiz Eyvazova (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) seçilib.

Müşahidə Şurasında gənclər təşkilatlarını təmsil edən dörd üzv isə bu namizədlər sırasından seçiləcək və Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə dəyişikliklər edilib, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti