...

Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyinatı Azərbaycana fayda verəcək

Nəzər nöqtəsi Materials 19 May 2016 14:32 (UTC +04:00)
Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyinatı üzrə danışıqlar uğurla başa çatsa, bu həm İsrailə, həm də Azərbaycana fayda gətirəcək.
Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyinatı Azərbaycana fayda verəcək

Bakı. Elmira Tariverdiyeva - Trend:

Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyinatı üzrə danışıqlar uğurla başa çatsa, bu həm İsrailə, həm də Azərbaycana fayda gətirəcək. Bunu Trend-ə "İsrail-Azərbaycan" beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak bildirib.

O bildirib ki, İsrailə gəlincə, Qəzza sektoru və ölkə daxilində terrorçuluğa qarşı metodlar üzrə dəqiq mövqeyə malik yeganə siyasətçidir.

L.Spivakın fikrincə, A.Liberman bu vəzifədə müdafiə sahəsində deyil, xarici və strateji siyasətdə, xüsusilə İsrailin region ölkələri ilə qarşılıqlı əlaqələrində böyük təcrübəyə malik insan kimi böyük fayda verəcək: "Azərbaycan üçün də fayda görürəm. Liberman əvvəlcədən Azərbaycanla sıx əlaqələr qurmağa və möhkəmləndirməyə başlayan siyasətçi olub. Onun sayəsində hazırda iki ölkənin belə yüksək səviyyəli əməkdaşlığı var, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti