...

Serqey Narışkin: İlk Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 May 2015 18:16 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu gün Dövlət Dumasının sədri Serqey Narışkin ilə görüşüb.
Serqey Narışkin: İlk Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu gün Dövlət Dumasının sədri Serqey Narışkin ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğuladı. O, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd etdi.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən E.Məmmədyarov münaqişənin həllinin artıq yetişdiyini bildirdi. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən nazir mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dedi. O, əlavə etdi ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

S.Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırdı. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Dövlət Dumasının sədri Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

S.Narışkin Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti