...

Estoniyalı məşqçi: I Avropa Oyunlarına gəlmək istəməyənlər buna görə təəssüflənəcəklər

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 13:45 (UTC +04:00)
I Avropa Oyunlarına gəlmək istəməyənlər sonradan təəssüf edəcəklər ki, bu fantastik idman tədbirində olmayıblar.
Estoniyalı məşqçi: I Avropa Oyunlarına gəlmək istəməyənlər buna görə təəssüflənəcəklər

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunlarına gəlmək istəməyənlər sonradan təəssüflənəcəklər ki, bu fantastik idman tədbirində olmayıblar. Bunu Trend-ə üzgüçülük üzrə Estoniya komandasının məşqiçis Oleq Labzin deyib.

Onun sözlərinə əsasən, Estoniyanın bir çox məşqçisi bu fikirdədir.

O.Labzin qeyd edib ki, Bakı Olimpiya Oyunlarını da qəbul etməyə hazırdır: "Atletlər kəndində hər şey yüksək səviyyədə təşkil edilib. Azərbaycan mətbəxinin yeməkləri çox ləzzətlidir.

Məşqçi ilk dəfə olduğu Bakı barədə fikirlərini də bölüşüb: "Biz Bakını gəzdik, İçəri şəhərdə olduq. Təəssüratlar çox yaxşıdır. Buradakı insanlar mehriban və ünsiyyətcildir. Hər şey çox xoşumuza gəldi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti