...

Daha bir cüdoçumuz 1/8 finalda

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı, Avropa kubokunun, eləcə də "Böyük Dəbilqə" və "Qran-pri" turnirlərinin qalibi Nicat Şıxəlizadə 1/16 final mərhələsində Türkiyə idmançısı Sinan Sandalla qarşılaşıb.

Trend-in məlumatına görə, görüşün 3-cü dəqiqəsində Nicat Şıxəlizadə işlətdiyi fəndlə vaxtından əvvəl tam qələbə (ippon) qazanaraq 1/8 final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu yarışlarda medal uğrunda mübarizə aparır.

Onlardan Leyla Əliyeva (-48 kq) və Ayşə Qurbanlı (-48 kq) ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə əldə ediblər, Səkinə Zayirova (- 52 kq) 1/16 final mərhələsində məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti