...

"Bağlanış mərasimi üçün satılmış biletlərin yenidən satılması məsələsi araşdırılmalıdır"

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 11:20 (UTC +04:00)
Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdır.
"Bağlanış mərasimi üçün satılmış biletlərin yenidən satılması məsələsi araşdırılmalıdır"

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sosial şəbəkələrdə biletlərin baha qiymətə satılması barədə məlumatı var. Trend-in mәlumatına görə, bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

S.Kleq bildirib ki, bağlanış mərasimi üçün satılmış biletlərin yenidən satılması düzgün deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdır.

S.Kleq, həmçinin bildirib ki, dünən boks yarışları zamanı zədə alaraq xəstəxanaya yerləşdirlmiş Rusiya boksçusu artıq Atletlər kəndinə qayıdıb. Onun səhhəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti