...

Qadın cüdoçularımız mübarizəni dayandırıb

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 13:04 (UTC +04:00)
Qadın cüdoçularımız yarışlarda mübarizəni dayandırıblar.
Qadın cüdoçularımız mübarizəni dayandırıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Qadın cüdoçularımız yarışlarda mübarizəni dayandırıblar.

Qadın cüdoçuların 78 kq-dək çəki dərəcəsində yarışan Günel Həsənli ilkin təsnifat mərhələsində İtaliya cüdoçusu Assunta Qaleone ilə üz-üzə gəlib.

Trend-in məlumatına görə, təxminən dəqiqə yarım davam edən görüşdə italyan cüdoçusu vaxtından əvvəl ipponla qalib gəlib.

Qeyd edək ki, yarışın ilk iki günündə tatami üzərinə çıxan qadın cüdoçularımız da məğlub olaraq mübarizəni erkən mərhələdə dayandırmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti