...

Kökəldikcə kökələn Elza Seyidcahan (FOTO)

Mədəniyyət Materials 17 İyun 2011 14:43 (UTC +04:00)
Populyar Azərbaycan estrada müğənnisi və bəstəkarı, yazdığı mahnıların qəribəliyi səbəbindən çox az sayda pərəstişkara sahib olan Elza Seyidcahan, deyəsən, xarici görkəminə fikir verməyi ikinci plana salıb
Kökəldikcə kökələn Elza Seyidcahan (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Populyar Azərbaycan estrada müğənnisi və bəstəkarı, yazdığı mahnıların qəribəliyi səbəbindən çox az sayda pərəstişkara sahib olan Elza Seyidcahan, deyəsən, xarici görkəminə fikir verməyi ikinci plana salıb. Təşkil olunan məclisləri birində "çıxış edir Elza" sözlərini eşidəndə gözlərimizə inanmadıq. O, həddindən artıq kökəlməsi ilə nə bizim, nə də foto-kameramızın diqqətindən yayındı. Görəsən, sənətçinin həyatında hansı problemlər yaşanır ki, yeyib-içməyə güc gəlmək onun üçün adiləşib? Nə səbəbdən fərqinə belə varmır ki, kilolu formada səhnəyə çıxmağın özü Elzanı tamaşaçı qınağına gətirib çıxarır? Etika qaydalarına riayət edib, Seyidcahana ona cazibə verməyən imici barəsində sual ünvanlamadıq. Kökəldikcə kökələn müğənniyə məsləhət vermək niyyətindən də uzağıq. Yəqin ki, bu fotolara baxdıqdan sonra, bənzərsiz Elza arıqlamağın yolları haqqında ciddi düşünmək qərarına gələr.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti