...

Müğənni Xumar Qədimova Türkiyəyə sevimli kərtənkələsi ilə getməyə hazırlaşır

Mədəniyyət Materials 16 İyul 2011 14:44 (UTC +04:00)
"Kərtənkələ mənim adım" mahnısını repertuarına daxil etdikdən sonra özünə sürünən heyvanın adını təxəllüs kimi götürən müğənni Xumar Qədimova İstanbul başda olmaqla, Türkiyənin bir neçə kurort şəhərində solo-konsertlə çıxış edə bilər
Müğənni Xumar Qədimova Türkiyəyə sevimli kərtənkələsi ilə getməyə hazırlaşır

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ş.Cavadsoy/

"Kərtənkələ mənim adım" mahnısını repertuarına daxil etdikdən sonra özünə sürünən heyvanın adını təxəllüs kimi götürən müğənni Xumar Qədimova İstanbul başda olmaqla, Türkiyənin bir neçə kurort şəhərində solo-konsertlə çıxış edə bilər. Aldığı təkliflər barədə Trend-ə danışan Xumar xanım bildirdi ki, yayın sonuna kimi mütləq türk pərəstişkarlarının görüşünə gedib onları sevindirməyə çalışacaq.

"İstanbulda verdiyim solo konsertdən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də türkiyəli pərəstişkarlarımdan o günü unutmadıqları barədə təşəkkür mesajları alıram. Tanınmış konsert təşkilatçıları da var ki, onlar da mütəmadi olaraq mənimlə əlaqəni kəsmirlər. İstanbul daxil olmaqla, qardaş ölkənin bir neçə kurort şəhərində açıq havada konsertlə çıxış etməyim üçün məni razı salmaq istəyirlər. Danışıqlar hələ davam etdiyindən, konkret qərarım barədə fikir söyləməyə tələsmirəm. Bircə ondan əmin ola bilərsiniz ki, turne konsertlərimdə sevimli kərtənkələm də mənimlə olacaq. Hansı kərtənkələ? Bunu da kiçik sirr saxlamaq niyyətindəyəm", - müğənni belə dedi.

Xəbər lenti

Xəbər lenti