...

"Next" qrupunun üzvü Seyran seçim etməli oldu

Mədəniyyət Materials 1 Sentyabr 2011 14:17 (UTC +04:00)
Qısa müddətdə vətəndə və onun hüdudlarından kənarda populyarlıq qazanan 4 yaraşıqlı oğlandan ibarət "Next" qrupunun ən aktiv və çox sevilən üzvlərindən biri qrupu tərk edib. Məlumata görə, qrup üzvləri arasında həmişə fərqlənən Seyran Babayev fəaliyyətini xarici ölkədə davam etdirəcək.
"Next" qrupunun üzvü Seyran seçim etməli oldu

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Qısa müddətdə vətəndə və onun hüdudlarından kənarda populyarlıq qazanan 4 yaraşıqlı oğlandan ibarət "Next" qrupunun ən aktiv və çox sevilən üzvlərindən biri qrupu tərk edib. Məlumata görə, qrup üzvləri arasında həmişə fərqlənən Seyran Babayev fəaliyyətini xarici ölkədə davam etdirəcək.

Bununla əlaqədar yeni layihələrin hazırlıqlarına başlayan sənətçi Trend-ə açıqlamasında illər ərzində qrupda iştirakını səhnə həyatının uğurlu başlanğıcı kimi qiymətləndirdiyini söylədi.

"Heç kimə sirr deyil ki, istər vətəndə, istərsə də xaricdə peşəkar komanda ilə birgə çalışdıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm ki, mənə bu cür şərait yaratdılar. Onu da deyim ki, onlar bu addımımda da mənə dəstək oldular. Azərbaycan adına çox vacib layihələrə imza atacağımız gözlənilir", - Babayev dedi.

Qrupun mətbuat katibi Aysər Həsənli isə Trend-ə bildirdi ki, "Next" fəaliyyətini Seyransız davam etdirəcək: "Azərbaycan adına atılan hər bir uğurlu addıma sevinirik. Seyran "Next"-in ən sevilən və ən istedadlı üzvü olub. Amma bu təklifi nəzərə alaraq, onun bu addımını dəstəklədik. O ki qaldı qrupun fəaliyyətinə, "Next" sentyabrdan başlayaraq yeni heyətlə işlərini davam etdirəcək", - mətbuat katibi dedi.

Xəbər lenti

Xəbər lenti