...

Şou-ulduzlar meyvə satana hücum etdilər (FOTO)

Mədəniyyət Materials 6 Sentyabr 2011 18:16 (UTC +04:00)
Azərbaycan şou-biznesinin tanınmış simalarının hər an nə edəcəklərini proqnozlaşdırmaq çox çətindir.
Şou-ulduzlar meyvə satana hücum etdilər (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan şou-biznesinin tanınmış simalarının hər an nə edəcəklərini proqnozlaşdırmaq çox çətindir. Sözlərimizin əyani sübutu kimi, çəkilişlərin birində bir yerə cəm olan bir neçə şou-ulduzunu misal göstərə bilərik.

Eyni məkanda səhnəyə çıxmaqdan ötrü yola çıxan bəstəkar-müğənni, şoumen Rəhim Rəhimli, müğənnilər - Teymur Əmrah, Sevda Yahyayeva, Samir Piriyev, Lider TV-nin aparıcıları - Zabir Əliyev, Lamiyyə Ələkbərova və Zaur Nəbioğlunun könlündən anidən meyvə yemək keçdi. "Gördün meyvə, nədir yeməmək?" prinsipi ilə hərəkətə keçən ulduzlar Yasamal rayonu ərazisində şəxsi avtomobili ilə meyvə-tərəvəz satan yaşlı bir kişini əhatəyə aldılar. Ağsaqqal Tofiq dayı yəqin ki, ömründə bu qədər sənətçini bir arada görməmişdi. Kimi üzümdən, kimi zoğaldan, kimi də armuddan iştahla dadmağa başladı. Kənardan bu mənzərəni seyr edən satıcı "əzizlərim, başqa nəsə istəyiniz varsa, utanmayın, deyin" söylədi. Bu sözlərdən sonra Samir Piriyev nə qədər Tofiq dayıya pul təklif etsə də, satıcı "siz mənim qonağımızsınız" deyib, bir qəpik də olsun pul almadı. Deyəsən, çağırılmamış komplekssiz qonaqlardan qurtulmağın yolu ancaq bu sözləri deməkdə idi.

Şou-ulduzların hücumuna məruz qalan satıcıya nə qədər maddi ziyan dəydiyini isə sənətçilərin özləri hesablasa yaxşıdır. Bəlk, bundan sonra müftə meyvə yeməyə tövbəli olarlar...

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti