...

"Eurovision 2012"-də iştirak edəcək 43 ölkədən 25-i təmsilçisini müəyyənləşdirib

Mədəniyyət Materials 23 Fevral 2012 20:52 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib.
"Eurovision 2012"-də iştirak edəcək 43 ölkədən 25-i təmsilçisini müəyyənləşdirib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib.

Trend-in cümə axşamı müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu ölkələrdən 19-u təmsilçisi ilə yanaşı, müsabiqədəki mahnısını da müəyyənləşdirib. Təmsilçisini və Bakı səhnəsində ifa olunacaq mahnısını seçən ölkələr sırasında Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna, Almaniya və Fransa var.

Yalnız təmsilçilərini müəyyənləşdirən ölkələr isə Azərbaycan, Belarus, Serbiya, İtaliya, İspaniya və Belçikadır.

Bir neçə ölkə fevralın sonlarında və mart ayında öz təmsilçini, eləcə də "Eurovision 2012" mahnısını seçəcəklərini açıqlayıb.

Avstriya və İrlandiya fevralın 24-də, Finlandiya 25-də, Niderland və Sloveniya fevralın 26-da, Bolqarıstan və Makedoniya isə fevralın 29-da təmsilçilərini müəyyən edəcək.

Martın 1-də Slovakiya, 3-də Estoniya, İspaniya, Litva, martın 7-də Rusiya, 10-da İsveç, Portuqaliya, Moldova, Rumıniya "Eurovision 2012" təmsilçi və mahnısının seçimi üçün milli final konserti keçirəcəklərini açıqlayıblar.

Xəbər lenti

Xəbər lenti