...

Estoniyanın Eurovision 2012 təmsilçisi seçildi

Mədəniyyət Materials 5 Mart 2012 06:36 (UTC +04:00)
Estoniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsilçisi bəlli olub. Eurovision.az saytı xəbər verir ki, Ott Lepland “Kuula” adlı mahnı ilə Eurovision 2012-də çıxış etmək şansı qazanıb. Bu barədə məlumat müsabiqənin rəsmi internet səhifəsində yerləşdirilib.
Estoniyanın Eurovision 2012 təmsilçisi seçildi

Azərbaycan, Bakı, 5 mart / Trend /

Estoniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsilçisi bəlli olub. Ott Lepland "Kuula" adlı mahnı ilə Eurovision 2012-də çıxış etmək şansı qazanıb. Bu barədə məlumat müsabiqənin rəsmi internet səhifəsində yerləşdirilib.

Onu da qeyd etmək lazımdır ki, Estoniyanın builki Seçim Turu rekorda imza atıb. Belə ki, münsiflər heyətinə 159 nəfər mahnı təqdim edilib, onlardan isə 20 ən layiqlisi təmsilçilik uğrunda mübarizəni davam etdirib.

Milli Finalda 11 ifaçı yarışıb. Münsiflərin rəyinə əsasən, Ott Lepland və daha bir finalçı-Lenna eyni səsi toplayıblar. Lakin Ott Lepland tamaşaçı səsinin 67%-ni yığdığından qalib elan edilib.

Xatırladaq ki, Estoniya Bakıdakı Eurovision şousunda mübarizəyə ikinci yarımfinalda qatılacaq. Keçən il ölkəni Getter Jaani "Rockfeller Street" adlı mahnıyla təmsil edib və finalda 24-cü yeri tutub.

Estoniya 2001-ci ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi olub.

Xəbər lenti

Xəbər lenti