...

Azərbaycan Budapeştdə keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunub (FOTO)

Mədəniyyət Materials 21 Aprel 2012 14:04 (UTC +04:00)
Azərbaycan Budapeştin "Millenium" mərkəzində keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində ayrıca guşə ilə təmsil olunub.
Azərbaycan Budapeştdə keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Budapeştin "Millenium" mərkəzində keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində ayrıca guşə ilə təmsil olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən şənbə günü Trend-ə bildiriblər ki, Skandinaviya ölkələri yazıçılarının əsas qonaq qismində qatıldıqları sərgini Macarıstanın təbii ehtiyatlar naziri Mikloş Retheli açıb.

Builki sərgidə dünyanın 35 ölkəsinin nəşriyyatları öz çap məhsullarını nümayiş etdirirlər.

Burada son bir beçə ildə respublikamızda nəşr olunmuş 200-dən artıq kitab və digər çap məhsulları nümayiş etdirilir. Yüksək poliqrafik mədəniyyəti və nəşr ustalığı ilə seçilən bu kitablar Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə və etnoqrafiyasına həsr olunub. Onların arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çap məhsulları xüsusi yer tutur.

Beynəlxalq sərgi çərçivəsində Azərbaycan kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə macar alimləri, ölkədə akkreditasiya olunan diplomatik nümayəndəliklərin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, sıravi oxucular iştirak ediblər. Mərasimi giriş sözü ilə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev açıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Çingiz Əliooğlu və M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov müstəqillik illərində Azərbaycanda kitab çapının keçdiyi inkişaf yolundan danışıb, ayrı-ayrı diqqətəlayiq nəşrləri təqdim ediblər.

Tahirovun macar həmkarları ilə görüş və danışıqları nəticəsində gələn il Budapeştdə qədim və müasir Azərbaycan kitabı sərgisinin təşkili, eyni zamanda, çap məhsullarının intensiv mübadiləsi ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti