...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək

Mədəniyyət Materials 18 May 2012 11:37 (UTC +04:00)
Mayın 18-dən 29-dək Bakıda "Bizim qısa filmlər" Kino Günləri keçiriləcək.
Bakıda “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 18-dən 29-dək Bakıda "Bizim qısa filmlər" Kino Günləri keçiriləcək.

Trend cümə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami Kino Mərkəzində keçiriləcək seanslar hər gün saat 12:00 və 21:00-da başlayır.

Kino Günlərinin proqramına "Bu meydan, bu ekran" gənclər müsabiqəsi qaliblərinin qısametrajlı bədii filmləri və ölkəmiz haqqında sənədli filmlər daxil edilib. İngilis subtitrləri ilə təchiz etdirilmiş filmlər son illərdə bir çox beynəlxalq kinofestivalların mükafatçısı olublar.

Xəbər lenti

Xəbər lenti