...

Emin Ağalarov Bakıda geniş konsert proqramı ilə çıxış edib (FOTO)

Mədəniyyət Materials 14 İyul 2012 13:16 (UTC +04:00)
Dünən gecə Azərbaycanın gənc müğənnisi və bəstəkarı Emin Ağalarovun Yaşıl Teatrda növbəti konsert proqramı uğurla keçib.
Emin Ağalarov Bakıda geniş konsert proqramı ilə çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Dünən gecə Azərbaycanın gənc müğənnisi və bəstəkarı Emin Ağalarovun Yaşıl Teatrda növbəti konsert proqramı uğurla keçib.

Trend-in məlumatına görə, konsert müğənninin "After The Thunder" albomunun təqdimatına həsr olunub və adəti üzrə xeyriyyə xarakteri daşıyıb.

Bu, Eminin Yaşıl Teatrda artıq dördüncü çıxışıdır. "Bu teatr mənim üçün çox dəyərlidir. Çünki Bakıda ilk konsertimi məhz burada vermişəm. Digər tərəfdən, bu teatra qarşılarında çıxış etməyin sadəcə zövq verdiyi belə gözəl tamaşaçılar gəlir", - Emin qeyd edib.

Müğənni konsertdə pərəstiş etdiyi Müslüm Maqomayevlə ənənəvi duetlə yanaşı, musiqi texnikası sayəsində məşhur "O more, more" mahnısını birlikdə səsləndiriblər. Emin bu mahnını Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə oxuyub.

Konsert Müslüm Maqomayevin "Azərbaycan" mahnısını Azərbaycan və Avropa musiqi alətlərinin remiksində ifası ilə başlayıb. Tamaşaçıların yaddaşında əbədi həkk olunacaq konsert iki saatadək davam edib.

Xəbər lenti

Xəbər lenti