...

Əlyazmalar İnstitutu "Gülüstan" ədəbi məclisi barədə yeni faktlar əldə edib

Mədəniyyət Materials 11 Sentyabr 2012 16:50 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu 19-cu əsrdə Abbasqulu ağa Bakıxanovun rəhbərliyi ilə fəaliyyət göstərmiş, amma bu günədək fəaliyyəti barədə geniş məlumatlar açıqlanmayan "Gülüstan" ədəbi məclisi barədə yeni faktlar əldə edib.
Əlyazmalar İnstitutu "Gülüstan" ədəbi məclisi barədə yeni faktlar əldə edib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu 19-cu əsrdə Abbasqulu ağa Bakıxanovun rəhbərliyi ilə fəaliyyət göstərmiş, amma bu günədək fəaliyyəti barədə geniş məlumatlar açıqlanmayan "Gülüstan" ədəbi məclisi barədə yeni faktlar əldə edib.

İnstitutun direktor əvəzi Paşa Kərimov çərşənbə axşamı Trend-ə deyib ki, indiyədək bu ədəbi məclisin heç bir şairinin əsəri üzə çıxarılmayıb. İlk dəfə "Gülüstan" ədəbi məclisinin üzvü olan şair, müəllim Mirzə Möhsün Xəyalinin "Divan"ı aşkarlanaraq çap edilib.

"İndiyədək Qarabağ, Şirvan, Bakı ədəbi məclisləri barədə məlumatlar məlumdur və onların xeyli şeirləri də var. "Gülüstan" haqqında isə məlumatlar çox azdır. Bu ədəbi məclisdə təmsil olunan şairlər kimi ancaq "Bakıxanov və onların dostları" deyə danışıblar. Əksəriyyət heç bilmir ki, bu ədəbi məclisdə kimlər fəaliyyət göstərib və nələr yazıb. Ona görə də belə məlumatlar tapan kimi onu qısa zaman ərzində dərc edirik", - Kərimov deyib.

O əlavə edib ki, Mirzə Möhsün Xəyali ömrünün son illərində Bakıya gəlib, burada tərcüməçi kimi işləyib və elə Bakıda da vəfat edib. Amma onun həyatında ən maraqlı məqam "Gülüstan" ədəbi məclisinin üzvü olmasıdır.

Xəbər lenti

Xəbər lenti