...

Rihanna məşq üçün "Bakı Kristal Zalı"na gedib (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2012 19:27 (UTC +04:00)
Dünya şöhrətli müğənni Rihanna kollektivi ilə birlikdə məşq etmək üçün "Four Seasons" hotelindən "Bakı Kristal Zalı"na yola düşüb.
Rihanna məşq üçün "Bakı Kristal Zalı"na gedib (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir V.İmanov/

Dünya şöhrətli müğənni Rihanna kollektivi ilə birlikdə məşq etmək üçün "Four Seasons" hotelindən "Bakı Kristal Zalı"na yola düşüb. Trend-in məlumatına görə, müğənni üçün xüsusi olaraq "Rolls-Royse" avtomobili ayrılıb.

Qeyd edək ki, dünən gecə saatlarında dünya şöhrətli müğənni Rihanna Bakıya gəlib.

Dünyaca məşhur müğənni Rihanna özünün Twitter səhifəsində Azərbaycana səfəri haqqında yazıb. Trend-in məlumatına görə, müğənni səfərlə bağlı bunları deyib: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"

O, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti