...

Kaliforniyada "Azərbaycan Muğamı ayı"na start verilib

Mədəniyyət Materials 1 Noyabr 2012 11:11 (UTC +04:00)
Azərbaycan muğamının Kaliforniyada təbliği və tanıdılması məqsədilə noyabr ayı "Kaliforniyada Azərbaycan Muğamı ayı" elan edilib.
Kaliforniyada "Azərbaycan Muğamı ayı"na start verilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan muğamının Kaliforniyada təbliği və tanıdılması məqsədilə noyabr ayı "Kaliforniyada Azərbaycan Muğamı ayı" elan edilib. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat daxil olub.

Sözügedən ay ərzində Azərbaycanın mahir xanəndələrinin, eləcə də kamança, tar və nağara ustalarının iştirakı ilə Kaliforniyanın ən böyük şəhərlərində silsilə muğam konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.

"Kaliforniyada Azərbaycan Muğamı Ayı" noyabrın 1-də ABŞ-ın ən tanınmış universitetlərindən olan Los Ancelesdəki UCLA universitetinin tarixi Skoenberq Zalında keçiriləcək muğam konserti ilə başlayacaq.

"Azərbaycanın kosmik muğamının 35 illik kosmik səfəri" adlanan konsert 1977-ci ildə NASA tərəfindən Azərbaycan muğamının da daxil olduğu eksklüziv "Qızıl Val"ın (yalnız 27 mahnıdan ibarət) kosmosa göndərilməsinin ildönümünə həsr olunmuşdur (http://voyager_mugham.eventbrite.com/ ).

Eyni konsert proqramı növbəti gün, noyabrın 2-də Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində də keçiriləcəkdir (http://goo.gl/zAYwF) .

Noyabrın 10-da isə Azərbaycan muğam ustalarının ifasında San Fransisko şəhərində məşhur San Fransisko Dünya Musiqi Festivalı çərçivəsində nəinki Kaliforniyada, bütün ABŞ-da ilk dəfə olaraq "Leyli və Məcnun" operası ifa ediləcəkdir. Bundan əlavə, 8-11 noyabr tarixlərində keçiriləcək sözügedən Festival çərçivəsində muğam ustalarımız və çalğıçılarımız dəfələrlə çıxış edərək, Azərbaycan muğamını bütün çalarları ilə tamaşaçılara təqdim edəcəklər (http://www.sfworldmusicfestival.org/).

"Muğam Ayı" noyabrın 13-də Kaliforniyanın beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan ən nüfuzlu təşkilatı olan Los Anceles Beynəlxalq Münasibətlər Şurasında keçiriləcək Azərbaycana həsr olunmuş tədbirdə Azərbaycan muğam ustalarının çıxışı ilə yekunlaşacaqdır (http://goo.gl/9TXCD).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti