...

İran Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır

Mədəniyyət Materials 10 Yanvar 2013 18:27 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin arasında görüş keçirilib.
İran Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin arasında görüş keçirilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Qarayev görüşdə xalqlarımızın bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu, bu əlaqələrin qədimliyini və yüz illərə söykəndiyini vurğulayıb.

Pakayin İran dövlətinin Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduğunu, Azərbaycan xalqı ilə İran xalqı arasında tarixi-mədəni yaxınlığın iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını qeyd edib.

Daha sonra 2013-cü ildə həm İranda, həm də Azərbaycanda qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Pakayin iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti