...

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş fotosərgi təşkil olunacaq

Mədəniyyət Materials 14 Yanvar 2013 17:47 (UTC +04:00)
Yanvarın 17-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş "Fotoşəkillərin söhbəti" adlı sərgi təşkil olunacaq.
Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş fotosərgi təşkil olunacaq

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Yanvarın 17-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş "Fotoşəkillərin söhbəti" adlı sərgi təşkil olunacaq.

Trend-in məlumatına görə, sərgi Azərbaycan Fotoqraflar Birliyi (AFB) ilə birlikdə hazırlanıb. İlk dəfə olaraq Azərbaycan İstiqlal Muzeyində AFB üzvlərinin - Mirnab Həsənoğlunun, Oleq Litvinin, Tahir Cəfərovun, Fərid Məmmədovun və başqalarının 20 Yanvar faciəsini əks etdirən 30-dan çox fotoşəkli nümayiş olunacaq. Eyni zamanda, sərgidə ilk dəfə olaraq muzeyə Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən verilmiş 20 Yanvar hadisələrinin canlı şahidlərinin xatirələri təqdim olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, fotoqraf Tahir Cəfərov, 20 Yanvar hadisələrinin şahidləri çıxış edəcəklər.

Tədbirdə AFB-nin üzvləri, 20 Yanvar faciəsinin canlı şahidləri, Prezident Qvardiyasının, Daxili və Sərhəd Qoşunlarının əsgərləri iştirak edəcəklər.

Qonaqlara 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdiriləcək və 20 Yanvar faciəsi haqqında sorğu anketi təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti