...

"YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılacaq

Mədəniyyət Materials 13 İyun 2013 14:46 (UTC +04:00)
İyunun 14-də Bakıda "YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin özündə müəlliflik təsviri incəsənətini və heykəltəraşlığı birləşdirən ilk fərdi sərgisi açılacaq.
"YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir V. İmanov/

İyunun 14-də Bakıda "YAY" qalereyasında gənc rəssam Vüsal Rəhimin özündə müəlliflik təsviri incəsənətini və heykəltəraşlığı birləşdirən ilk fərdi sərgisi açılacaq.

"Black Woman" ekspoziyası qadın, ana və sevgilinin özünəməxsus mədhiyyəsidir. Qadın təbiətinin ikitərəfliliyi və hüdudsuzluğu mövzusu Vüsalı çoxdan məşğul edir. Onun qəhrəmanı dünyəvi, real və məişət işləri ilə yüklənmiş qadın və özünün ali təyinatı yüksəkliyindən dünyaya baxan uca qadındır. O, zərifliyin özüdür və qorunmağa ehtiyacı var, lakin öz qohum və yaxınları üçün dayaq və mühafizəçi olmağa qadirdir. Qadına cismani və mənəvi başlanğıc müəmmalı şəkildə ötürülüb, buna görə də yeni əsrin rəssam və şairləri sələfləri kimi bu sirdən ilham alırlar.

Vüsal Rəhimin interpretasiyasında qadın obrazları qədim totem təsvirlərini, məhsuldarlıq ilahəsinin həcmli formaları, həmçinin həyat və seksual enerjisinin böyük yükü ilə bütpərəst fuqirları xatırladır. Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində anadan olub və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını məzunudur. O, bir ildən artıqdır ki, YARAT! Müasir İncəsənət Məkanının layihələrində fəal iştirak edir, həmçinin quruluşçu rəssam qismində Bakının bir neçə teatrı ilə əməkdaşlıq edir. Onun quruluşunda olan tamaşalar Azərbaycan Dövlət Dramatik Teatr və Musiqili Komediya Teatrında uğurla nümayiş etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti