...

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə V Beynəlxalq Musiqi Festivalı başlayır

Mədəniyyət Materials 24 İyul 2013 11:33 (UTC +04:00)
Qəbələ şəhərində avqustun 6-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə V Beynəlxalq Musiqi Festivalı başlayır

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 24-də Heydər Əliyev Fondunun dəstəyi ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhərində avqustun 6-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Onların arasında Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya Respublikası, İsrail, Litva, Kuba və Qazaxıstandan olan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim simfonik orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları var.

Festivalın konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları da çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti