...

Gənc Azərbaycan rəssamları "Fərqli mədəniyyətlər – vahid dünya" adlı VII Daşkənd Müasir İncəsənət Biennalesində iştirak edirlər (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2013 12:12 (UTC +04:00)
Gənc Azərbaycan rəssamları Fərhad Fərzəliyev və Ramal Kazımov "Fərqli mədəniyyətlər - vahid dünya" adlı VII Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak ediblər.
Gənc Azərbaycan rəssamları "Fərqli mədəniyyətlər – vahid dünya" adlı VII Daşkənd Müasir İncəsənət Biennalesində iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Gənc Azərbaycan rəssamları Fərhad Fərzəliyev və Ramal Kazımov "Fərqli mədəniyyətlər - vahid dünya" adlı VII Daşkənd Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak edirlər.

Trend-in məlumatına görə, bu Biennalenin əsas məqsədi müasir incəsənətdə yeni meyillərin nümayiş etdirilməsi, yeni adların aşkarlanması, həmçinin ölkələrarası beynəlxalq mədəni münasibətlərin fəallaşdırılmasından ibarətdir. Azərbaycan iştirakçılarına 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş və Azərbaycan rəssamlarının maraqlarını doğma ölkəsi və xaricdə təmsil edən "YARAT!" qeyri-kommersiya təşkilatı dəstək göstərir.

245 rəssam 2013-cü ilin 22-27 oktyabr tarixlərində Daşkənddə keçirilən Beynəlxalq Biennalenin iştirakçılarına çevrilib. Biennalenin qroqramına dünya şöhrətli rəssamların son sənət işləri daxil edilib: Norik Yamomomto (Yaponiya), Gergios Katsangelos (Yunanıstan), Uriç Lau Vay Yuen (Sinqapur), Li San Gi (Koreya), Endryu Lam Xon Kin (Honkonq), Mamuka Tsxeladze və Liya Şvelidze (Gürcüstan), Jozefin Turalba (Filippin), Mauro Maqrini (İtaliya), Smail Bayaliyev (Qazaxıstan) və başqaları (ümumilikdə 105 rəssam).

Ölkəmiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Ramal Kazımov və rəssam Fərhad Fərzəliyevin sənət işləri ilə təmsil edilir.

Biennale çərçivəsində sərgilər, elmi-tarixi konfranslar, yaradıcı görüşlər və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Biennalenin qalibləri "Site de Art" Assosiasiyasının prezidenti Jan İv Lanqlenin rəhbərliyi altında münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti