...

Azərbaycanın muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq (ƏLAVƏ OLUNUB)

Mədəniyyət Materials 7 Fevral 2014 12:15 (UTC +04:00)
Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.
Azərbaycanın muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

Trend-in məlumatına görə, komitənin sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, "Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Kulinariya mədəniyyəti haqqında", "Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələri iş planına əsasən sessiya müddətində müzakirə ediləcək.

N.Cəfərov qeyd edib ki, bundan əlavə, dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, eləcə də Azərbaycan Prezidenti, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təklif edilən qanun layihələri də sessiya dövründə müzakirəyə çıxarılacaq.

Komitə sədri vurğulayıb ki, qanun layihəsi parlamentin yaz sessiyası dövründə plenar iclasda müzakirəyə çıxarılacaq: "Qanun layihəsində çox maraqlı məqamlar var. Bu qanun digər silsilə qanunların yaranması üçün baza rolunu oynayacaq. Qanun təsdiqlənib qəbul olunarsa, bunun ardınca onun əsasında "Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", eləcə də bizim bir sıra mədəniyyət, incəsənət, praktika ilə bağlı sənətlərimiz haqqında qanunların yaranması üçün yeni qanunlar hazırlana bilər".

Millət vəkili Jalə Əliyeva isə qeyd edib ki, Azərbaycan muğamının qorunması və təbliği məsələsi önəmli olmasaydı, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ona bu qədər diqqət ayırmazdı: "Bu gün Azərbaycan öz muğamını qoruya bilirsə, onu dünyada tanıda bilirsə, buna görə Mehriban Əliyevaya minnətdar olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti