...

"Wall Street Journal" tarı Odlar Yurdu Azərbaycanın unikal milli simli aləti adlandırıb

Mədəniyyət Materials 26 Noyabr 2014 12:09 (UTC +04:00)
"The Wall Street Journal" tarı Odlar Yurdu Azərbaycanın unikal milli simli aləti adlandırıb.
"Wall Street Journal" tarı Odlar Yurdu Azərbaycanın unikal milli simli aləti adlandırıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

"The Wall Street Journal" tarı Odlar Yurdu Azərbaycanın unikal milli simli aləti adlandırıb.

Trend xəbər verir ki, "The Wall Street Journal" Londonda möhtəşəm "Royal Albert Hall"da Buta İncəsənət Mərkəzinin təşkil etdiyi II Buta Azərbaycan İncəsənəti Festivalı çərçivəsində "Arslan Növrəsli ilə TARIN kəşf edilməsi" adlı konsert barədə məlumat dərc edib.

Məşhur jurnalın məlumatına görə, virtuoz Arslan Növrəsli ənənəvi solo muğam, caz və Flamenko vasitəsilə Azərbaycan tarının çoxfunksionallığını göstərəcək.

"The Wall Street Journal"-ın məlumatına görə, konsertin ikinci yarısında London Filarmonik Kral Orkestri tanınmış klassik musiqiləri tarın müşayiəti ilə ifa edəcək.

İkinci Buta İncəsənət Festivalı beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu tədbirlər çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş müasir fotoqrafların yaradıcılığı, caz musiqiçilərinin asan tanınan sədaları və müasir immersiv teatr atmosferində canlı çıxışlarının həyəcanına qədər geniş spektrdə incəsənət nümayiş etdiriləcək. Festivalın açılış mərasimində xüsusi qonaq qismində dünya şöhrətli italyan tenor Andrea Boçelli çıxış edib.

Festival çərçivəsində, həmçinin "Saatchi" qalereyasında və "Louise Blouin" Fondunda müasir incəsənət sərgiləri keçiriləcək. Eyni zamanda, "Barbican"dan "Southwark Cathedral"a qədər məkanlarda baş tutacaq çıxışlar Azərbaycan musiqisinin klassik janrından müasir janrına qədər tam spektrini əhatə edəcək. Festival boyunca YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində nümayiş etdirəcək.

"The Wall Street Journal"-ın məlumatına görə, Buta İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev festival haqqında bildirib: "Azərbaycan incəsənəti və ruhunu Böyük Britaniya paytaxtına gətirməklə Buta İncəsənət Mərkəzi irsimizi və inkişaf edən müasir pyeslərimizi Londonun dünya səhnəsində paylaşmaqdan sevinc hissi duyur. Şərq və Qərb musiqisi birgə unikal və unudulmaz olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti