Macarıstanın paytaxtında "Eurovision-2015" Azərbaycan nümayəndəsi Elnuru çox sıx qrafik gözləyirdi.
İlk növbədə, o, М1 telekanalının "Kívánságkosár" səhər şousunun qonağı oldu və efirdə özünün "Hour of the Wolf" müsabiqə mahnısını ifa etdi. Sonra ifaçı yerli mətbuata bir neçə müsahibə verdi.
Daha sonra isə Elnuru Macarıstan təmsilçisi, cazibədar Boqqi ilə şəhərdə maraqlı gəzinti gözləyirdi. Elnurla Boqqini hər yerdə pərəstişkarları, dostları və minlərlə təbəssüm müşayiət edirdi - hər şey "Eurovision" mahnı müsabiqəsinin ən gözəl ənənələrində.